Ağdamda güllələnmə hadisəsi baş verib

Ağdamda güllələnmə hadisəsi baş verib

11 Noyabr 2020 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam sakini həmyerlisini tüfənglə vurub.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis şöbəsinə noyabrın 10-da Alıbəyli qəsəbə sakini M.Salmanovun yaşadığı evin həyətinə gəlib həmyerlisi M.Mehdiyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə onun ayaqlarına xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mehdiyev saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Zaur