Ucarda Ziya Məmmədovla bağlı aclıq aksiyası başladı: Ekz nazirdən ölkə rəhbərliyinə şikayət edildi

Ucarda Ziya Məmmədovla bağlı aclıq aksiyası başladı: Ekz nazirdən ölkə rəhbərliyinə şikayət edildi

1 Mart 2021 11:09
Bəyəndim (2) Bəyənmədim (2)

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun əmlakını əlindən aldığı ailə bu gündən aclıq aksiyasına başlayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu haqda “Yeni Sabah”a Ucar şəhəri Oğuz küçəsi ev 41 sakini Əliyev Tehran İslaməli oğlu bildirib.

Onun sözlərinə görə, Ziya Məmmədovun göstərişi ilə ailəsinin yeganə çörək yeri olan obyekti qanunsuz olaraq dağıdılıb və yerində şahmat məktəbi inşa edilib. Hansı ki, həmin obyektin atası Əliyev İslaməli Xeyrulla oğluna məxsus olmasına dair qanunu sənədlər var.

“Atam həmin 460 kv-m torpaq sahəsini 30 iyun 2005-ci il tarixdə qanunu qaydada Ucar Bələdiyyəsindən alıb. Həmin torpaq sahəsinin üzərində avtomobillərin yuyucu sexini inşa edib ailəmizi dolandırıdıq. Atam 18.09.2007-cu il tarixdə vəfat etdi. Məni isə 2010-cu il tarixdə erməni vətəndaşı Rusiyada şərləyib həbs etdirdi. Azərbaycan Respublikasına ekstradasiya olunub 2020-ci il tarixdə həbsdən azad edildim.

Bundan sonra sənədlərimi götürüb Ucar rayon İcra Hakimiyyətinə gedib atama məxsus torpaq sahəsinin üzərində nə üçün şahmat məktəbi tikildiyini soruşduqda icra başçısı mənə dedi ki, bu 2010-cu il tarixdə Ziya Məmmədovun göstərişi ilə edilib. İndi atama məxsus 460 kv-m torpaq sahəmizi başqa yerdən bizə vermək istəmirlər.

Qeyd edim ki, Ziya Məmmədov vəzifədə olduğu dönəmdə ucarlılara qənim kəsilib. Şahmat məktəbi inşa edilməsi yaxşı işdir. Ziya Məmmədov şahmat məktəbini nə üçün mənim atama məxsus obyekti sökdürüb yerində inşa etdiridi ki, özünə məxsus rayonun mərkəzində olan obyektlərin yerində inşa etdirsəydi daha yaxşı olardı. Çünki bizə məxsus olan torpaq sahəsi rayon mərkəzindən kənardadır, ancaq Ziya Məmmədovun özü üçün qanunsuz inşa etdirdiyi obyektlər rayonun mərkəzində yerləşir.

Bunlar Ucar şəhəri N.Nərimanov küçəsində sahəsi 3000 kv-m olan Siti klub, sahəsi 6000 kv-m olan market, Azərbaycan küçəsi ərazisində yerləşən uzunluğu bir klometr olan 80 obyekti birləşdirən ticarət mərkəzi var. Hansı ki, həmin yerdə böyük park var idi beş mindən çox ağacları kütləvi kəsdirib yerində ticarət mərkəzin inşa etdirib. Hazırda həmin ticarət mərkəsini icarəyə verib.

Həmçinin Azərbaycan küçəsi ərazisində yerləşən sahəsi 5000 kv-m olan «555» adlı mebel mağazası, H.Əliyev küçəsində sahəsi 1 hektar ərazini əhatə edən böyük yeşik sexi var. Adlarını qeyd etdiym Ziya Məmmədova məxsus bu obyektlər təkcə Ucar şəhəri ərazisində yerləşənlərdir. Ucar rayonunun kəndlərində, Bakı-Qazax magistral yolunun kənarında bundan on dəfə çox sayda, böyük obyektlər, fermalar və minlərlə hektarlar əkin sahələri var.