Ata Abdullayev məhkəmədə diz çökərək yalvarıb - Detallar məlum oldu

Ata Abdullayev məhkəmədə diz çökərək yalvarıb - Detallar məlum oldu

14 Mart 2021 16:28
Bəyəndim (7) Bəyənmədim (0)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ata Abdullayev barəsində həbs qərarı verilib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə qafqazinfo-nun yaydığı məlumatda deyilir. Belə ki, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Məhkəmə prosesində çıxış üçün söz verilərkən Ata Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.