Stalinin qohumunun 2 milyonu oğurlandı

Stalinin qohumunun 2 milyonu oğurlandı

2 Aprel 2021 08:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada Böyük Vətən müharibəsinin veteranı, İosif Stalinin qohumu Leonid Alliluyev dələduzların qurbanı olub.

Oxuməni.az xəbər verir ki, veterana zəng edən naməlum şəxslər özünü bank əməkdaşı kimi təqdim edərək ondan kart şifrəsini deməsini istəyiblər. Qocanı aldatmağı bacaran dələduzlar onun bank kartından 2 milyon rubl (45 min manat) oğurlayıb.

Daha sonra isə dələduzlar yenidən L.Alliluyevə zəng edərək özlərini hüquq-mühafizə orqanının əməkdaşları kimi təqdim ediblər. Onlar vətəndaşa bildiriblər ki, bank kartına hakerlər tərəfindən müdaxilə olub. Dələduzlar yaşlı kişini inandırıblar ki, məhz bu məlumata görə onlara 3,5 milyon rubl ödənilməlidir. Bundan sonra pulun ardınca mənzilə gələn dələduz qadın polislər tərəfindən yaxalanıb.

Alilluyevin həyat yoldaşı insidentlə bağlı açıqlamasında bildirib ki, dələduzlar hətta pulu verməyəcəyi təqdirdə onu oğurlayacağı ilə hədələyiblər.

Qeyd edək ki, olayla bağlı cinayət işi açılıb, araşdırma aparılır.