Rusiya  "Reaper" pilotsuz təyyarəsinin qalıqlarını toplamağa nail olub

Rusiya "Reaper" pilotsuz təyyarəsinin qalıqlarını toplamağa nail olub

17 Mart 2023 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyət orqanları hesab edir ki, Rusiya hərbçiləri Qara dənizə düşən Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsinin qalıqlarının bir hissəsini toplaya bilib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ hökumətindəki mənbə bildirib. Suyun səthinə düşdükdən sonra drondan kiçik plastik hissələr qala bilərdi.

Rusların PUA-nın qəzaya uğradığı yerə çatdığı haqda məlumat yayılıb. Rusiya tərəfi bu barədə məlumat verməsə də, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bir gün əvvəl dronun tapıla və tədqiq edilə biləcəyini söylədi.

Bununla belə, Pentaqon iddia edir ki, pilotsuz təyyarənin qalıqları kəşfiyyatı maraqlandırmır.

Briqada generalı Patrik Rayder cümə axşamı bildirib ki, "Rusiyanın çox güman ki, MQ-9 qalıqlarını çıxarmaq üçün səy göstərdiyinə dair əlamətlər var... Bununla belə, bizim hesablamalarımıza görə, onların faydalı bir şey tapa biləcəkləri ehtimalı azdır".

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib: "Biz onların kəşfiyyat dəyərində olan hər hansı bir şeyi toplamasını qeyri-mümkün olduğunu bilirik".

Rüfət, Oxuməni.az