Pakistanın DND xəbər agentliyində Azərbaycan-Pakistan əlaqələrindən bəhs edən məqalə dərc olunub

Pakistanın DND xəbər agentliyində Azərbaycan-Pakistan əlaqələrindən bəhs edən məqalə dərc olunub

12 May 20:12
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın DND xəbər agentliyində Azərbaycan-Pakistan əlaqələrindən bəhs edən məqalə dərc olunub. Yazının müəllifi Hina Haroon iki ölkə xalqlarının bir-birinə çətin zamanlarda göstərdiyi dəstəyini yüksək qiymətləndirib. AZƏRTAC məqaləni təqdim edir.

İlk dəfə Bakıya gələndə Lahor və Bakı əhalisinin oxşar olduğunu hiss elədim. Onların bizə olan sevgisini və hörmətini hər yerdə görmək mümkün idi. Bakıda yerləşən Multanı karvansarasında içilən bir fincan çay daimi tarixi bağları təmsil edir və hər bir azərbaycanlının Pakistanı qardaş ölkə kimi hiss edərək böyük sevgi göstərdiyini ifadə edir.

Azərbaycan Pakistanda zəlzələ də olsa, sel də olsa hər zaman onun yanında olan bir ölkədir. Bu münasibətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllərə dayanır və hazırda Azərbaycanın Prezidenti İlham Əliyev bu əlaqələri uğurla davam etdirir. Rəsmi sənədlər göstərir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ilin aprel ayında Pakistana səfəri tarixdə dönüş nöqtəsi yaradıb. Pakistan Ermənistanın azərbaycanlılara qarşı təcavüzünü hər zaman qınayıb və hər bir azərbaycanlının şərəfini üstün tutaraq Ermənistanı heç vaxt müstəqil dövlət kimi tanımayıb.

Belə bir deyim var ki, müharibələr kimin dost, kimin düşmən olduğunu göstərir. Ötən günlərdə qonşu Hindistan Pakistanın yerli raketlər və döyüş təyyarələri istehsalçısı olduğunu unudaraq Pəncab əyalətinə raketlərlə hücum etdi. Pakistan 11 saatlıq “Bunyan-un-Marsoos əməliyyatı” ilə əks-hücuma keçərək Hindistanın “Sindoor əməliyyatı”nı məhv etdi. 11 saatlıq döyüş bölgəsində baş verənlər təkcə bu məqalədə yer alacaq sətirlər qədər deyil, çünki mən müdafiə analitiki deyiləm. Bu yazıda sadəcə olaraq Azərbaycanın istər Kəşmir münaqişəsi olsun, istərsə də Pakistana qarşı Hindistan təcavüzü olsun, həmişə ölkəmizə göstərdiyi güclü, daimi və sonsuz dəstəyi qələmə alaraq qardaş ölkəyə təşəkkür edirəm.

Azərbaycan hökuməti İslamabaddakı səfirliyi vasitəsilə mayın 9-da Hindistanın təcavüzünə qarşı Pakistanı tam dəstəklədiyini bəyan edərək bu çətin dövrlərdə Pakistanın yanında olduğunu bildirdi. İslamabad Azərbaycandan yüksək və açıq dəstək alarkən, iki ölkə arasında dəniz əməkdaşlığını gücləndirmək məqsədi ilə Türkiyə dəniz qüvvələrinə məxsus TCG Büyükada gəmisi Pakistanın Kəraçi şəhərinə səfər edib. Bütün bu hadisələr Azərbaycan-Pakistan-Türkiyə üçbucağının sülhü və üçtərəfli diplomatiyanı qoruduğunu bir daha sübut etdi. Üç ölkə müntəzəm olaraq birgə hərbi təlimlər keçirir, planları bölüşür və ehtiyac duyulan anda hər zaman bir-birinə dəstək olur.

Pakistanın bir neçə ölkə ilə hərbi əlaqələri var, lakin onlar Kəşmir məsələsində Pakistanla diplomatik arenada hər çətin anda çiyin-çiyinə dayanan Azərbaycan və Türkiyə kimi onun yanındadırmı? Cavab sadəcə olaraq “xeyr”dir. Bəs onları diplomatik sferada vahid bir qurum kimi dəyişdirən münasibətlərində unikal nədir? Burada diqqətimi Azərbaycana və Pakistana yönəldirəm, çünki onların ikitərəfli əlaqələri mənim diqqət mərkəzimdədir. Bir sıra analitiklər hesab edir ki, Azərbaycanın Kəşmir məsələsində Pakistana həmişə dəstək verməsinin səbəbi Pakistanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bir neçə qətnaməsinin həmmüəllifi olmasına görədir. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində qələbədən qazandıqdan və Qarabağı azad etdikdən sonra da Pakistanın işini dəstəkləməyə davam edir. Anladığıma və azərbaycanlılarla görüşərkən yaşadıqlarıma görə, əminəm ki, burada bir-birinə qarşı sevgi və hörmətə əsaslanan güclü əlaqə var. Azərbaycan və Pakistan doğmadır, çünki hər iki xalq pozitivliyə və məhsuldarlığa inanır. Hər hansısa bir gizli və mənfi niyyətləri yoxdur. Hər ikisi təhlükəsiz, suveren, firavan gələcək istəyir və onlar bir-birinə dəstəkdir.

Mən Bakıda azərbaycanlı dostlarımla görüşmək üçün növbəti fürsəti gözləyirəm və onlara deyirəm: Təşəkkür edirəm, Azərbaycan!

Oxuməni.az