ABŞ-ın Rusiyaya ən yaxşı cavabı Ukraynaya uzaq radiuslu raketlər verməkdir

ABŞ-ın Rusiyaya ən yaxşı cavabı Ukraynaya uzaq radiuslu raketlər verməkdir

17 Mart 2023 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Co Bayden administrasiyası Amerikanın Qara dənizdəki MQ-9 Reaper dronu ilə son Rusiya təxribatına cavab olaraq Ukraynaya müasir uzaq radiuslu raketlər verməlidir.

Oxuməni.az xəbər verir ki, belə bir çağırışla The Wall Street Journal Co Baydenə müraciət edib.

Nəşr qeyd edir ki, Rusiya hərbçilərinin neytral hava məkanında Amerika dronuna hücum etmək qərarı Kremlin təcavüzkar hərəkətlərində daha da irəli getmək niyyətini göstərir.

Nəşrin jurnalistlərinin fikrincə, indi Baydenin "çoxdan bəri görməli olduğu hərəkətlərə getmək üçün əlində tutarlı səbəbi var: Ukraynaya qələbə üçün silah vermək.Buraya Rusiya mövqelərinin dərin arxasına zərbələr endirməyə imkan verən taktiki raketlər, həmçinin MQ-9 Reaper dronlarının özləri daxildir.

Məqalə müəllifləri yazır ki, Vaşinqtonun Ukraynaya MQ-9 Reaper dronları verməkdən imtina etməsinin səbəblərindən biri. rusların əlinə keçəcəklərindən və müvafiq texnologiyaları oğurlayacaqlarından qorxmalarıdır. Ancaq indi Rusiya hərbçiləri Qara dənizdən bir pilotsuz təyyarənin dağıntılarını əldə etməyə çalışırlar:

"Bu, MQ-9 – un Ukraynaya verilməsi ilə bağlı riskin məqbul olduğunu göstərir. Bu dron bir gündən çox havada qala və uzun məsafələrdə kəşfiyyat apara bilir".

Əziz Mustafa, Oxuməni.az