Slovakiya Ukraynaya 13 qırıcı təyyarə verəcək

Slovakiya Ukraynaya 13 qırıcı təyyarə verəcək

17 Mart 2023 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

NATO üzvü olan Slovakiya Polşa ilə bərabər Ukraynaya hərbi yardım göndərilməsi məsələsində qətiyyətli addım atmaqda davam edir. Bu müstəvidəd də Slovakiya Ukraynaya 13 qırıcı təyyarə verəcək.

Oxuməni.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Eduard Hegerin son açıqlaması da bir daha sübut etməkdədir. Belə ki, Eduard Heger bu gün mətbuata rəsmi açıqlamasında 13 Mig-29 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib.

"Slovakiya Hökuməti Ukraynaya 13 Mig-29 qırıcısının göndərilməsini təsdiqləyib. Vədlər yerinə yetirilməlidir. Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyadan qırıcılar da daxil olmaqla daha çox silah istədikdə dedim ki, əlimizdən gələni edəcəyik. Başqalarının da eyni şeyi etdiyinə şadam",-deyə Heger bildirib.

Əziz Mustafa, Oxuməni.az