Patruşev: Qərb Rusiyanı parçalamaq istəyir

Patruşev: Qərb Rusiyanı parçalamaq istəyir

27 Mart 2023 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

NATO ölkələri Ukraynanı Rusiyaya qarşı böyük bir hərbi düşərgəyə çeviriblər.

Oxuməni.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" ya müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Əslində NATO ölkələri münaqişənin tərəfidir. Ukraynadan böyük bir hərbi düşərgə qurdular. Ukrayna qoşunlarına silah və sursat göndərir, kəşfiyyat məlumatları ilə təmin edir, o cümlədən peyk qrupu və çox sayda pilotsuz uçuş aparatından istifadə edir. NATO təlimçiləri və məsləhətçiləri Ukrayna hərbçilərini, muzdlular isə neo - nasist batalyonlarının tərkibində döyüşürlər",-deyə o bildirib.

Patruşevin fikrincə, Qərb Rusiyanı məğlub edənə qədər bu münaqişəni dayandırmaq niyyətində deyil:

"Bu hərbi qarşıdurmanı mümkün qədər uzatmağa çalışaraq, əsas məqsədlərini - Rusiyanın döyüş sahəsindəki məğlubiyyətini və daha da parçalanmasını gizlətmirlər".

Əziz Mustafa, Oxuməni.az