Parlament seçkilərinin ilkin nəticələri məlum olub

Parlament seçkilərinin ilkin nəticələri məlum olub

18 Aprel 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiyanın baş naziri Andrey Pletkoviç partiyasının seçkilərdə qalib gəldiyini elan edib.

Dünən Xorvatiyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub. Xorvatiya seçki komissiyasının verdiyi məlumata görə, seçkilərdə Xorvatiya Demokratik İttifaqı qalib gəlib. Baş nazir Andrey Pletkoviçin sədri olduğu Xorvatiya Demokratik İttifaqı parlamentdə 151 yerdən 61 mandat əldə edib. Sosial Demokrat Partiyası 42 , Vətən Uğrunda Hərəkat 14 mandat əldə edib.

Qeyd edək ki, Xorvatiyada keçirilən parlament seçkilərində 3,3 milyon seçici səs verməli idi. Səsvermədə isə onların 62,30 faizi iştirak edib. Xorvatiya ölkə Konsitusiyasına əsasən parlamentli respublikadır.

Oxuməni.az