G7 İrana münasibətdə sərt siyasət yürütməyə hazırlaşır

G7 İrana münasibətdə sərt siyasət yürütməyə hazırlaşır

18 Aprel 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

İranın İsrailə hava zərbələri endirməsindən sonra Qərb ölkələri liderləri Tehrana münasibətdə daha sərt siyasət yeridilməsi qənaətinə gəliblər. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbokun Kapri adasında G7 liderləri ilə görüşündə dedikləri də təsdiq edir. Berbokun sözlərinə görə, İranın həddini aşmasına artıq dözmək olmur və onu dünyadan təcrid etmək lazımdır.

Almaniya xarici siyasət idarəsinin başçısı İranın İsrailə raket zərbələri endirməsini sərt şəkildə tənqid edərək bunu beynəlxalq aləmə meydan oxumaq kimi dəyərləndirib. Berbok deyib ki, İranı yerində oturtmaq lazımdır və buna gücümüz çatar.

Oxuməni.az