Su daşqınları insan ölümlərinə yol açıb

Su daşqınları insan ölümlərinə yol açıb

18 Aprel 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda su daşqınlarının özü illə gətirdiyi fəlakət davam edir. Bununla bağlı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuata verdiyi açıqlamasına görə, su altında qalan bölgələrdən insanların təxliyəsi davam edir. Bu günə kimi təbii fəlakət bölgələrindən 116 mindən çox insan təxliyə edilib.

Buna paralel olaraq daşqınlar nəticəsində Qazaxıstanın 5 rayonunda 6 minə yaxın yaşayış binası tamamilə su altında qalıb.

Su daşqınları insanlar arasında ölümlərə yol açıb. Məsələ ilə bağlı respublikanın daxili işlər nazirinin birinci müavini Marat Kojayevin verdiyi açıqlamaya görə, 7 nəfər təbii fəlakətin qurbanı olub.

Hazırda təbii fəlakət zonasında xilasetmə işləri davam edir.

Oxuməni.az