“Boston Dynamics” robotları Trampın Mar-a-Laqo iqamətgahını qorumağa başlayıb

“Boston Dynamics” robotları Trampın Mar-a-Laqo iqamətgahını qorumağa başlayıb

18 Noyabr 19:03
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ-ın Gizli Xidməti “Boston Dynamics” şirkətinin ilk robot -patrul itlərini işə saldı.
Onlardan biri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahının ərazisində patrul edərkən görüntülənib.
Dördayaqlı patrulçunun ləqəbi olan Spot söz oyununa əsaslanır: ingilis dilində “Spot” sözü ya isim (“nöqtə”, “ləkə”) və ya fel (“tapmaq”, “axtarmaq”) ola bilər.
Əgər siz onun üçün marşrutu əvvəlcədən planlaşdırırsınızsa, elektrik iti tam avtomatlaşdırıla bilər və ya əl rejimində uzaqdan idarə oluna bilər.
Metal ayaqların hər birindəki etiketlər xəbərdarlıq edir: “SIĞALLAMAYIN”.
Kaliforniyadakı Menlo Kollecində politoloq Melissa Miçelson deyir: “Mən bilmirəm, kim belə iti sığallamaq istəyər. O, heç də gözəl görünmür."
ABŞ Gizli Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Entoni Qulelmi “BBC”-nin əldə etdiyi açıqlamada "Bizim əsas prioritetimiz seçilmiş prezidentin təhlükəsizliyidir" dedi.
Son bir neçə ay ərzində ABŞ-da seçki kampaniyası zamanı Trampın həyatına iki dəfə açıq sui-qəsd cəhdi olub.
İlk dəfə iyul ayında Pensilvaniyada seçicilərlə görüşdə; ikincisi - sentyabrda Mar-a-Laqodakı qolf meydançasında.
Gizli Xidmət “BBC”-nin Trampı qorumaq üçün mexaniki itlərdən istifadə edilməsi ilə bağlı konkret suallarını cavablandırmaqdan imtina edib, o cümlədən itin şəxsi iqamətgahın ərazisində hansı anda peyda olması “əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqları” əsas gətirərək.
“Boston Dynamics” şirkəti yalnız Gizli Xidmət tərəfindən Spotun istifadəsini təsdiqləyib, lakin konkret suallara cavab verməkdən imtina edib.
Almaz Həsənli