Abxaziyanın “prezidenti” Aslan Bjaniya istefa verib
Bu yaxınlarda Gürcüstanın işğal olunmuş Abxaziyasında Rusiya ilə “investisiya müqaviləsi”nə görə etirazlar başlayıb. İndi qondarma “respublikanın prezidenti” Aslan Bjaniya istefa məktubu yazıb.
Bu barədə Abxaziyanın “rəhbərinin” mətbuat xidmətinin rəsmi Teleqramında məlumat yayılib.
Xəbərdə deyilir ki, bu qərar müxalifət nümayəndələri ilə “respublika hakimiyyəti” arasında aparılan danışıqlardan sonra qəbul edilib.
Razılaşmaya əsasən, etirazçılar noyabrın 19-da, yəni bu gün Abxaziyadakı hökumət binaları kompleksini tərk etməyə borcludurlar. Əks halda, Bjaniyanın istefa məktubu geri götürüləcək.
“Prezidentdən” başqa, baş nazir Aleksandr Ankvab da vəzifəsini tərk edəcək və onların yerinə başqa adamlar seçilib. O cümlədən, “respublika”nın rəhbəri səlahiyyətlərini i Abxaziyanın “vitse-prezidenti” Badra Qunba icra edəcək, yeni hökumət başçısı postunu isə “keçmiş baş nazir” Valeri Bqanba tutacaq.
Oxuməni.az