“Tesla” elektrik avtomobilləri ABŞ-da ən təhlükəli avtomobillər kimi tanındı
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (HTSA) qəza statistikasını təhlil edərək belə nəticəyə gəlib ki, ölkədə ən çox ölümlə nəticələnən qəzalar “Tesla” elektrik avtomobilləri olub. Bu barədə “Motor.ru” portalı məlumat yayıb.
Tədqiqat nümunəsinə 2017-2022-ci illər arasında sürücü və ya sərnişinlərin ölümü ilə nəticələnən qəzalar daxildir. ABŞ-da belə qəzanın baş vermə ehtimalı 1 milyard kilometrə 2,8 olub.
Eyni zamanda, “Tesla” elektrik avtomobilləri 5,6 dəfə qəzaya uğrayıb ki, bu da orta göstəricidən 2 dəfə çoxdur. İkinci yerdə 1 milyard kilometrə 5,5 göstərici ilə “Kia”, üçüncü yerdə isə 4,8 göstərici ilə “Buick” qərarlaşıb.
Xüsusi modellər arasında qəzalarda ən çox ölüm halları Hyundai Venue, Chevrolet Corvette, Mitsubishi Mirage, Porsche 911, Honda CR-V Hybrid, Tesla Model Y, Mitsubishi Mirage G4, Buick Encore GX, Kia Forte, Buick Envision avtomobillərində qeydə alınıb.
Almaz Həsənli