İraqda 37 ildən sonra əhalinin siyahıya alınması həyata keçirilib

İraqda 37 ildən sonra əhalinin siyahıya alınması həyata keçirilib

25 Noyabr 18:17
Bəyəndim (0) Bəyənmədim (0)


İraq əhalisinin sayı, ölkədə 37 ildə ilk dəfə keçirilən ümumi siyahıyaalmaya görə, 45,4 milyon nəfərdir. Bu barədə İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudani xüsusi mətbuat konfransı zamanı bildirib.

“Hazırda İraqda sakinlər və qaçqınlar da daxil olmaqla 45 milyon 407 min 495 nəfər yaşayır”, - deyə Əl-Sudani Shafaq News informasiya portalına bildirib

Əl-Sudani qeyd edib ki, əhalinin 50,1 faizi kişilər, 49,8 faizi isə qadınlardır. İraqın ümumi əhalisinin 36,1%-ni 15 yaşa qədər olanlar təşkil edir.

İraqda 1987-ci ildən bəri əhalinin siyahıya alınması noyabrın 20-də keçirilib. Dünya Bankı 2023-cü ildə İraq əhalisinin təxminən 45,5 milyon olduğunu bildirmişdi.

1987-ci il siyahıya alınmasına görə, kürdlər olan ərazilər nəzərə alınmadan İraqın 16,3 milyon əhalisi var idi.

Oxuməni.az