ABŞ və Rusiya və ya Çin arasında müharibə hər an başlaya bilər
ABŞ və Rusiya və ya Çin arasında müharibə ehtimalı az deyil. Bu, hər an baş verə bilər.
Bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib. Onun xəbərdarlığı 9 nüvə silahına malik ölkədən ikisi Rusiya və Çinin bir-birinə getdikcə yaxınlaşması fonunda edilir. Ağ Ev Çin üzərində dayanıqlı rəqabət üstünlüyünü saxlamağa üstünlük verir, eyni zamanda çox təhlükəli Rusiyanı nəzarətdə saxlayır.
Hərbi Hava Qüvvələri Akademiyasının kursantları qarşısında çıxışında Kendall, Hərbi Hava Qüvvələri Departamentinin rəhbəri kimi ən mühüm məqsədinin növbəti müharibəyə hazırlaşmağın zəruriliyi haqqında xəbərdarlıq etmək olduğunu söylədi. O, əlavə edib ki, Çin əsas milli prioritetlər olan Tayvan və Cənubi Çin dənizi də daxil olmaqla Qərbi Sakit okeanda ABŞ-a qarşı təhlükəli silahlara malikdir.
Kendall həmçinin qeyd edib ki, Rusiya qonşu ölkələrə qarşı güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirsə də, nüvə silahından istifadə imkanlarını ciddi şəkildə nəzərdən keçirib.
Bundan əlavə, nazir kursantlara xəbərdarlıq edib ki, onların üzərinə “bəşəriyyət tarixində ağlasığmaz ən böyük fəlakətin” qarşısını almaq vəzifəsi qoyulacaq.
Kendall, etiraf edib ki, Sovet İttifaqı dağılandan sonra sadəlövhcəsinə bununla nüvə münaqişəsi təhlükəsinə son qoyulacağına ümid edirdi.
"Nüvə müharibəsi təhlükəsi, yenidən geri qayıdıb və biz buna hər an hazır olmalıyıq" deyə o bəyan edib.
Əziz Mustafa