NATO bu həftə keçiriləcək iclasda Ukraynanı alyansa dəvət etməyə hazır deyil

NATO bu həftə keçiriləcək iclasda Ukraynanı alyansa dəvət etməyə hazır deyil

3 Dekabr 08:15
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Atlantika Alyansı (NATO) çətin ki, dekabrın 3-də keçirilən iclasında Ukraynanın üzvlük çağırışına qulaq assın. Bu, rəsmi Kiyevin Donald Trampın Ağ Evə qayıtması ərəfəsində siyasi impuls ümidlərini məhv edəcək.

Bu barədə “Reuters” xəbər verir.

Agentlik xatırladıb ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüş ərəfəsində NATO-dakı həmkarlarına yazdığı məktubda bu dəvətin Rusiyanın müharibə aparmaqda əsas arqumentlərindən birini, yəni Ukraynanın Alyansa qoşulmasının qarşısını alacağını bildirib.

Anonimlik şərti ilə danışan bir neçə diplomat bildirib ki, NATO-nun 32 üzvü arasında Brüsseldə xarici işlər nazirlərinin görüşündə belə bir qərar qəbul etmək üçün lazımi konsensusdan əsər-əlamət yoxdur.

Oxuməni.az