Türkmənistan və Əfqanıstan iri infrastruktur layihələrinin həyata keçirilməsində əməkdaşlığı gücləndirir
Əfqanıstanda Türkmənistanın iştirakı ilə sosial-iqtisadi layihələrin icrası davam edir. Bu məqsədlə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyəti Əfqanıstana işgüzar səfər edib.
Səfərin məqsədi Türkmənistan və Əfqanıstanın iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və infrastruktur beynəlxalq layihələrinin praktiki icrası ilə tanış olmaqdır. Türkmənistan nümayəndə heyətini Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottakinin başçılıq etdiyi nümayəndə heyəti müşayiət edib.
İşgüzar səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) transmilli qaz kəməri layihəsinin həyata keçirilməsində mühüm mərhələ olan Əfqanıstanın Serhetabat-Herat hissəsində tikinti işlərinin gedişi ilə tanış olub.
Nümayəndə heyəti, həmçinin Turgündi dəmir yolu stansiyasının quru limanında və birinci mərhələsinin Turğundi-Sənabər hissəsində fiber-optik rabitə xəttinin çəkilişi və anbar kompleksinin tikintisi ilə bağlı işlərin sürətini müşahidə etmək imkanı əldə edib.
Məlum olduğu kimi, Əfqanıstan ərazisində bu layihələrə start bu il sentyabrın 11-də türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Malaxatının sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə verilib.
Oxuməni.az