Türkiyədə minimum əmək haqqı 30 faiz artırılıb

Türkiyədə minimum əmək haqqı 30 faiz artırılıb

25 Dekabr 10:13
Bəyəndim (1) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə həmkarlar ittifaqları minimum əmək haqqının 2025-ci ildən 30% artırılaraq 22 104 lirəyə (indiki məzənnə ilə 1068 manat-red.) çatdırılması barədə razılığa gəliblər.

Bu barədə qərar dekabrın əvvəlində mövzunun müzakirəsinə başlayan minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın dördüncü iclası zamanı qəbul edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “X”-də minimum əmək haqqının artırılması qərarını təsdiqləyib. "2025-ci ildə minimum əmək haqqı 30% artımla xalis 22 min 104 türk lirəsi olacaq. Bu, ölkəmizə və millətimizə xeyir versin" deyə yazıb.

Almaz Həsənli