Nigeriyada yanacaq tankerinin partlaması nəticəsində azı 70 nəfər həlak olub
Nigeriyanın qərbində yanacaq tankerinin partlaması nəticəsində azı 70 nəfər həlak olub.
Faciə yol qəzası və daha sonra yanacaq dağılması nəticəsində baş verib.
Fövqəladə hadisə Niger əyalətində magistral yolda yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Təxminən 60 ton yanacaq daşıyan yük maşını qəzaya düşüb və aşıb. Bu zaman partlayış baş verib.
Niger əyalətinin qubernatoru Oumaru Baqo açıqlamasında partlayış nəticəsində çoxlu sayda insanın müxtəlif dərəcəli yanıqlar aldığını bildirib.
Keçən il prezident Bola Tinubu seçildikdən qısa müddət sonra yanacaq subsidiyalarını ləğv etdi.
Bu, əsas və digər malların qiymətlərinin kəskin artmasına və etirazlara səbəb olub.
Oxuməni.az
Digər xəbərlər