Cef Bezosun “Blue Origin” şirkəti ilk dəfə “New Glenn” raketini buraxdı
“Amazon”-un qurucusu Cef Bezosa məxsus “Blue Origin” aerokosmik şirkəti ilk dəfə ağır yük daşıyan “New Glenn” raketini buraxıb.
O, “SpaceX” kosmik gəmisinə rəqib ola bilər. “New Glenn” raketi Floridadakı Kanaveral kosmodromundan yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə 11:02) buraxılıb. Raket uçuş parametrlərinə nəzarət etmək üçün nəzərdə tutulmuş xüsusi avadanlıq daşıyır.
Raket daşıyıcısının birinci mərhələsinin Atlantik okeanındakı platformaya enməsi planlaşdırılır. İkincisi Yer orbitinə daxil oldu.
"New Glenn ikinci mərhələsi faydalı yükü ilə orbitdədir", - şirkətin açıqlamasında deyilir.
“New Glenn” daşıyıcı raketi təkrar istifadə edilə bilən birinci pillə ilə təchiz edilib və amerikalı astronavt Con Qlennin adını daşıyır. Bezosun şirkəti raketi aşağı Yer orbitinə 45 tona qədər yük çatdırmaq qabiliyyətinə malik etməyi planlaşdırır.
Bezosu “New Glenn”in uğurlu buraxılışı münasibəti ilə “SpaceX”-in qurucusu İlon Musk təbrik edib. “NBC News” qeyd edir ki, “New Glenn”-in buraxılması “Blue Origin”-in “SpaceX”-in üstünlük təşkil etdiyi bazara daxil olduğunu göstərir və Bezosun davamlı ambisiyaları üçün çox vacibdir.
Oxuməni.az