Gürcüstan-NATO təlimləri aprelin 28-dən mayın 8-dək keçiriləcək
Aprelin 28-dən mayın 8-dək Tbilisi yaxınlığındakı Krtsanisi şəhərində Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) ərazisində Gürcüstan və NATO ölkələrinin hərbi qulluqçularının respublikada komanda-qərargah təlimləri keçiriləcək. Bu barədə İtaliyanın Tbilisidəki səfirliyi məlumat yayıb.
"İtaliyanın Gürcüstandakı səfiri Massimiliano D'Antuono bu gün Tbilisidə Gürcüstan-NATO 2025 təlimlərinə hazırlığın ikinci mərhələsini başa vuran Vittorio Veneto diviziyasının hərbçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Təlimlər aprelin 28-dən mayın 8-dək keçiriləcək”, - məlumatda deyilir.
Səfirlik əlavə edib ki, təlimin məqsədi Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin imkanlarını öyrənmək və həm gürcülərdən, həm də beynəlxalq hərbçilərdən ibarət briqadanın sınaqdan keçirilməsidir.
Təlimlərə Azərbaycan, Albaniya, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Polşa, Slovakiya, ABŞ, Türkiyə və Fransadan olan hərbi qulluqçular da cəlb olunacaq. Ermənistan manevrlərdə müşahidəçi qismində təmsil olunacaq.
Əziz Mustafa, Oxuməni.az