Bayden ABŞ prezidentlərini cəzadan toxunulmazlıqdan məhrum etməyi təklif edir
Ağ Evın rəhbəri Co Bayden xalqa vida nitqində deyib ki, prezidentin vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyətdən toxunulmazlığını aradan qaldırmaq üçün ABŞ Konstitusiyasına düzəliş etmək lazımdır.Oxuməni.az “Gazeta.ru”-ya istinadən xəbər verir ki, müraciət Amerikanın bütün aparıcı televiziya kanalları tərəfindən yayımlanıb.
“Biz konstitusiyaya dəyişiklik etməliyik ki, heç bir prezident vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyətdən azad ola bilməsin,”o deyıb.
Bundan əlavə, vəzifəsini tərk edən prezident siyasətdə korrupsiya ilə mübarizənin vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, Birləşmiş Ştatlar tez bir zamanda seçki kampaniyalarının gizli maliyyələşdirilməsindən qurtulmalıdır.
Baydenin prezidentlik müddəti yanvarın 20-də, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi zamanı başa çatır. Bayden dörd illik hakimiyyətdən sonra səlahiyyət müddətini başa vurur.
Bundan əvvəl Baydenin vida nitqinin ABŞ-da tənqid olunduğu bildirilirdi.
Almaz Həsənli