Tusk Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını mübahisəli adlandırıb

Tusk Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını mübahisəli adlandırıb

08:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın ərazisi ilə bağlı açıqlamaları mübahisəli və narahatedicidir. Bunu Polşanın Baş naziri Donald Tusk Helsinkidə Şimali və Baltikyanı ölkələrin sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

Tusk bir jurnalistin Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını şərh etmək istəyinə cavanında deyib: “Bütün bunlar bir qədər narahatedici və mübahisəlidir”.

“Eyni zamanda, bütün həmsöhbətlərim Polşanın Avropa və ABŞ arasında münasibətlərinin yüksək olması ilə bağlı mövqeyini dəstəkləyir”,-deyə o əlavə edib.

Yanvarın 7-də Tramp bildirib ki, milli təhlükəsizlik baxımından Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmalıdır. Hələ 2019-cu ildə, prezident kimi ilk müddətində o, ABŞ-ın Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqları olan Qrenlandiyanı ala biləcəyini söylədi. O vaxt olduğu kimi, Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd elan etdi.

Oxuməni.az