NATO iyun ayında yeni silah və müdafiə xərcləri hədəfləri təyin edəcək
NATO Hərbi Komitəsinin sədri Rob Bauer Reuters agentliyinə bildirib ki, NATO iyunun 24-26-da Haaqada keçiriləcək alyansın sammitində silah və müdafiə xərcləri üçün yeni hədəflər müəyyən edəcək. O, dəqiq rəqəmlərin adını çəkməsə də, söhbətin çox güman ki, müdafiə xərclərinin ÜDM-in hazırkı 2%-dən 3%-ə artırılmasından gedəcəyini açıqlayıb.
Agentlik onun sözlərindən sitat gətirir ki, NATO "yeni silah hədəfləri və güc səviyyələri barədə bu ilin yayına qədər qərar qəbul etmək niyyətindədir". “Biz Haaqa sammitinə qədər razılığa gəlməyə çalışacağıq ki, hər hansı problem qalsa, liderlərə onları həll etmək imkanını buraxaq”, - Bauer davam edib.
Oxuməni.az
Digər xəbərlər