Qarışqalar düşmənlərini xatırlamağı və uzun müddət kin saxlaya bilirlər

Qarışqalar düşmənlərini xatırlamağı və uzun müddət kin saxlaya bilirlər

14 Yanvar 12:37
Bəyəndim (2) Bəyənmədim (0)

Yaddaş bütün heyvanlar aləmində davranışı formalaşdırır. Bu, hətta düşmənlərini unutmayan, həm də onlara qarşı kin saxlamağı bacaran qarışqalara da aiddir, “Study Finds” yazır.

Frayburq Universitetinin alimlərinin aparıqları araşdırma nəticəsində məlum olub ki, qarışqalar düşmənçiliklə bağlı uzunmüddətli xatirələr formalaşdıra bilirlər. Həşəratlar hətta əvvəllər onlara hücum etmiş koloniyaların üzvlərinə qarşı kin saxlaya bilirlər.

Tədqiqat Avropada geniş yayılmış qara bağ qarışqaları üzərində aparılıb. Onlar koloniyalarda yaşayırlar və tez-tez qonşu qruplarla qarşılıqlı əlaqədə olurlar.

Alimlərin fikrincə, hər qarışqa yuvasının özünəməxsus kimyəvi imzası və ya qoxusu var ki, bu da qarışqalara dostları düşməndən ayırmağa imkan verir. Rəqiblərlə qarşılaşdıqda həşəratlar hədələyərək və hətta rəqiblərini öldürmək üçün çənələrini aça, dişləyə və turşu səpə bilərlər.

Bir sıra sınaqlarda alimlər ayrı-ayrı qarışqaları digər koloniyalardan olan həşəratlarla qarşılaşdırblar. Bu görüşlər beş gün ərzində hər gün cəmi bir dəqiqə davam edib.

Tədqiqatçılar qarışqaların əvvəllər vuruşduqları koloniyalardan olan fərdlərə qarşı daha aqressiv, heç vaxt rastlaşmadıqları həşəratlara qarşı isə daha az düşmənçilik etdiklərini qeyd ediblər. Alimlər əmindirlər ki, qarışqalar düşmənləri haqqında xüsusi xatirələr formalaşdırmağa qadirdirlər.

Tədqiqatçılar qeyd edirlər ki, eyni həşəratlar nə qədər tez-tez görüşürdülərsə, bir o qədər çox döyüşürdülər. Üstəlik, qarışqalar daha çox yem axtardıqları ərazidə koloniyalarda yaşayan fərdlərə hücum edirdilər.

"Biz tez-tez həşəratların proqramlaşdırılmış robotlar kimi fəaliyyət göstərdiyi fikrinə sahibik. Tədqiqatımız, əksinə, qarışqaların da öz təcrübələrindən öyrəndiklərini və kin saxlaya bildiklərini sübut edir,"- Frayburq Universitetin Təkamül Biologiyası və Heyvan Ekologiyası qrupunun tədqiqatçısı, elmi işçi Folker Nerinq bildirib.

Almaz Həsənli