Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir və ölkə liderinin ilahiləşdirilməsinə yol verilməyəcək
Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır. Bunu Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.
"Hökumət təhsilin pulsuz olmasına sadiqdir - bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik", - o deyib.
Nazirin sözlərinə görə, Suriyada 350 min müəllim var. "Suriyalı müəllimin aylıq maaşı cəmi 20 dollardır. Onun artırılması üçün addımlar atılır".
“Bizə ölkənin əvvəlki rəhbərliyindən çətin bir miras qaldı, biz dəyişikliklər etmək və təhsil proqramlarını inkişaf etdirmək üçün çalışırıq,”- əl-Qadiri bildirib.
Əl-Qadiri həmçinin bildirib ki, Suriyanın yeni təhsil proqramları ölkə liderini ilahiləşdirməyəcəyi ilə fərqlənəcək: “Müzakirə olunan yeni təhsil proqramlarında hökmdarın ilahiləşdirilməsinə yer yoxdur”.
Nazirlik rəhbərinin sözlərinə görə, “milli təhsil “Baas” Partiyasının məqsəd və ideyalarına xidmət etmək məqsədi daşıyırdı”. Suriyanı dağıdan rejimin mirasından xilas olmaq və onu geri qaytarmaq üçün təhsil proqramlarında lazımi dəyişikliklər edəcəyik”.
Nazir qeyd edib ki, “bizim 20 min məktəbimiz var, onun yarısı tamamilə və ya qismən dağılıb. Bəzi təhsil üçün yararlı məktəblər isə bərpa olunmalıdır”.
Almaz Həsənli