Maduro Braziliya qoşunları ilə birlikdə Puerto-Rikonu ABŞ işğalından "azad etmək" niyyətindədir
Venesuela prezidenti Nikolas Maduro Braziliya qoşunları ilə Puerto-Rikonu işğal edəcəyini və ölkəni ABŞ-dan "azad edəcəyini" söylədi. “El Universal” xəbər verir ki, o, bu barədə Beynəlxalq Antifaşist Festivalının bağlanışında bildirib.
“Necə ki, şimalda onların müstəmləkəçilik proqramı var, bizim də azadlıq proqramımız var. Proqramımız isə Simon Bolivar tərəfindən yazılmışdır. "Puerto-Rikonun azadlığına az qalıb və biz buna Braziliya qoşunlarının köməyi ilə nail olacağıq", - Maduro bildirib.
O, sülh və demokratiya vədləri ilə müşayiət olunan üçüncü inauqurasiyasından qısa müddət sonra belə bəyanat verib. Maduro 2013-cü ildən Venesuela prezidenti vəzifəsini icra edir.
ABŞ hakimiyyəti Maduronun andiçmə mərasimini tanımayıb və onun həbsinə səbəb olacaq məlumat üçün mükafatı 25 milyon dollara qədər artırıb.
Oxuməni.az