"Barselona" "Real"ı məğlub edərək İspaniya Superkubokunu qazanıb

"Barselona" "Real"ı məğlub edərək İspaniya Superkubokunu qazanıb

10:58
Bəyəndim (1) Bəyənmədim (0)


İspaniya Superkubokunun final matçında "Barselona" "Real Madrid"i 5:2 hesabı ilə məğlub edib. Görüş Səudiyyə Ərəbistanında baş tutub.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, qaliblər sırasında Lamin Yamal (22-ci dəqiqə), Robert Levandovski (36, penaltidən), Rafinya (39, 48) və Alexandro Balde (45+10) qol vurub. “Real”ın heyətində Kilian Mbappe (5) və Rodriqo (60) fərqlənib. 57-ci dəqiqədə "Barselona"nın qapıçısı Voyçex Şensnıy qırmızı vərəqə alaraq meydandan qovulub.
Komandalar bu mövsüm ikinci dəfə qarşılaşıblar. Oktyabrın 26-da İspaniya çempionatının 11-ci turunun matçında "Barselona" səfərdə "Real Madrid"i 4:0 hesabı ilə məğlub edib. 2018-ci il oktyabrın 28-də İspaniya liqasında kataloniyalıların evdə 5:1 hesablı qələbə qazanmasından sonra "Barselona" ilk dəfə "Real Madrid"ə 5 qol vurub.
"Barselona" 15-ci dəfə İspaniya Superkubokunu qazanıb, komanda bu göstəriciyə görə rekordçudur. Real Madrid 13 dəfə kuboku qazanıb.
Almaz Həsənli