Kanadada G7 sammiti 15-17 iyunda keçiriləcək
Kanadanın Kananaskis kurort bölgəsində (Alberta) keçirilməsi planlaşdırılan Yeddilik Qrupu (G7) sammiti iyunun 15-dən 17-dək keçiriləcək. Bu barədə CBC telekanalı məlumat yayıb.
Məlumata görə, görüşün təşkilinə cavabdeh olan məsul şəxslər onun keçirilməsinin digər təfərrüatlarını hələlik gizli saxlayırlar. CBC əlavə edib ki, Kalqari yaxınlığında yerləşən Kananaskis kurortnda belə sammit ikinci dəfədir keçirilir. 2002-ci ildə bu kurort Rusiyanın üzvü olduğu o vaxtkı G8-in liderlərini qəbul edib. Telekanal qeyd edir ki, 2002-ci ildə sammitin təşkili Kanadaya 300 milyon Kanada dollarına (208 milyon dollar) başa gəlib.
2024-cü ilin dekabrında İtaliyanın sədrliyi altında keçirilən G7-nin son iclası zamanı Kanadanın 2025-ci ildə sədrliyə keçəcəyi və iyun ayında Kananaskisdə G7 sammitinə ev sahibliyi edəcəyi açıqlandı, lakin tarixlər dəqiqləşdirilmədi.
Oxuməni.az