Los-Ancelesdə daha 150 min sakinə təxliyə əmri verildi

Los-Ancelesdə daha 150 min sakinə təxliyə əmri verildi

11 Yanvar 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.

Yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.

Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu, 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.

Qeyd edək ki, yanvarın 9-da güclü meşə yanğınlarının davam etdiyi Los-Anceles dairəsində 180 min insana təxliyə ilə bağlı xəbərdarlıq edilmişdi.

Oxuməni.az