Nurməhəmmədov ABŞ təyyarəsindən uzaqlaşdırılıb

Nurməhəmmədov ABŞ təyyarəsindən uzaqlaşdırılıb

07:55
Bəyəndim (1) Bəyənmədim (0)

Həbib Nurməhəmmədov ABŞ-da stüardessa ilə mübahisə etdikdən sonra təyyarədən endirilib.

Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion rusiyalı Həbib Nurməhəmmədov stüardessa ilə mübahisə etdikdən sonra ABŞ-a uçan təyyarədən uzaqlaşdırılıb, EssentiallySports xəbər verir.

Sosial şəbəkələrdə hadisənin videosu yayılıb. Stüardessa təcili cərgədə əyləşən Nurməhəmmədovdan fövqəladə hadisə baş verərsə, sərnişinlərə kömək edə biləcəyini soruşub. İdmançı ondan nə istədiklərini anlamayıb və mübahisə edib. O, başqa yerə keçmək tələbini rədd edib. Videoda stüardessanın belə dediyi eşidilir: “Biz sizə təcili sırada oturmağınıza icazə verə bilmərik, əks halda bu təyyarəni tərk etməli olacaqsınız".

Stüardessa eks-çempiondan təyyarəni tərk etməyi xahiş edən supervayzerə zəng edib. Kadrlarda Nurməhəmmədov və yoldaşlarının nəzarətçini izlədiyi görünür.

2020-ci ilin oktyabrında Nurməhəmmədov peşəkar boksdan getdiyini elan etdi. Rus idmançı 29 qələbə qazanaraq idmanı məğlubiyyətsiz tərk etdi və üç dəfə titulunu qorumağı bacardı. 2018-ci ilin oktyabrında rusiyalı qarışıq döyüş növləri tarixində ən yüksək gəlir gətirən döyüşdə irlandiyalı Konor Makqreqoru vaxtından əvvəl məğlub etdi.

Əziz Mustafa, Oxuməni.az