Rusiya hakimiyyəti hava limanlarını dronlardan qorumayacaq

Rusiya hakimiyyəti hava limanlarını dronlardan qorumayacaq

11:51
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya federal büdcəsindən hava limanlarını pilotsuz uçuş aparatlarından qorumaq üçün vəsait ayrılmayacaq.
Bu barədə “Vedomosti” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hakimiyyət birinci kateqoriyalı nəqliyyat infrastrukturu obyektləri kimi təsnif edilən aerodromları pilotsuz təyyarələrin aşkarlanması və istifadəsinə qarşı mübarizə üçün texniki vasitələrlə təchiz etməmək qərarına gəlib.
Nəşr vurğulayır ki, birinci kateqoriyaya paytaxt hava limanları, eləcə də Sankt-Peterburq, Soçi, Yekaterinburq, Novosibirsk, Krasnoyarsk, Ufa, Kazan, Mineralnıye Vodı, Xabarovsk, Omsk, Çelyabinsk, Yujno-Saxalinsk, Yakutsk, Tümen və Kalininqrad hava limanları daxildir.
Almaz Həsənli