AFFA Azərbaycan - Rusiya oyunu ilə bağlı danışıqları dayandırıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Rusiya Futbol İttifaqı (RFS) ilə danışıqları dayandırmaq barədə qərar qəbul edib.
“Rusiya Futbol İttifaqı (RFS) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri 2025-ci ilin yaz-yay aylarında bu ölkələrin milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu ilə bağlı əlaqəni dayandırıb. Məsələ matçla bağlı rəsmi danışıqlara getməyib”, - “Sport24” xəbər verir.
KİV-in məlumatına görə, danışıqların dayandırılmasına səbəb 2024-cü il dekabrın 25-də Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması olub. Təyyarə Bakıdan Qroznıya uçurdu. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Yalnız 29 sərnişin sağ qala bilib.
Almaz Həsənli
Digər xəbərlər