İsveçrəlilər Putini həbs etməyəcəklər

İsveçrəlilər Putini həbs etməyəcəklər

14 Yanvar 16:12
Bəyəndim (1) Bəyənmədim (0)

“The Times” yazır ki, İsveçrə Rusiya prezidenti Vladimir Putin Trampla görüşə gəlsə, BCM-nin orderi əsasında onu həbs etməyəcək.

Nəşrin xatırladığı kimi, İsveçrə məhkəmənin Roma Əsasnaməsini imzalayıb və ratifikasiya edib, bu o deməkdir ki, Kreml liderinin qanunsuz deportasiya və ukraynalı uşaqların zorla Ukraynadan Rusiyaya gətirilməsində iştirakı ilə bağlı BCM-nin 2023-cü ildə verdiyi həbs orderi əsasında Putini həbs etmək qanuni öhdəliyi olacaq.

Eyni zamanda, qəzet əlavə edir, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Nikol Bido əmin edib ki, İsveçrə hökuməti bu ölkənin ərazisində sülh danışıqlarının aparılması üçün bəzi güzəştlər etmək səlahiyyətinə malikdir.

Almaz Həsənli