İsrail Qəzza razılaşmasının bir hissəsi olaraq Həmas lideri Sinvarın cəsədini geri qaytarmayacaq

İsrail Qəzza razılaşmasının bir hissəsi olaraq Həmas lideri Sinvarın cəsədini geri qaytarmayacaq

14 Yanvar 11:01
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail Qəzzada atəşkəsin dayandırılması və girovların azad edilməsi ilə bağlı mümkün razılaşmanın bir hissəsi kimi Fələstin “HƏMAS” lideri Yəhya Sinvarın cəsədini geri qaytarmağı planlaşdırmır. Bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb. Bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı Fələstin tərəfinin Qəzza razılaşmasının birinci mərhələsi çərçivəsində Sinvarın cənazəsinin təhvil verilməsini tələb etdiyini bildirmişdi.
KİV-in məlumatına görə, yanvarın 13-ü səhər saatlarında Dohada məsləhətləşmələrdən sonra Qətər sazişin yekun layihəsini tərəflərə təhvil verib. Bu, fələstinli məhbusların müqabilində girovların azad edilməsi, atəşkəs və anklav üçün yeni idarəetmə sistemi ilə bağlı müzakirələri əhatə edən üç mərhələli sazişi əhatə edir. “EFE” yazıb ki, saziş yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl imzalana bilər. “Əl-Ərəbiyyə” “HƏMAS”-ın sənədlə bağlı şərh vermədiyini bildirib.
Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında “HƏMAS”-a rəhbərlik edir və İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra hərəkatın siyasi bürosunun rəhbəri seçilib. O, 2024-cü il oktyabrın 16-da İsrailin keçirdiyi əməliyyat nəticəsində ölüb. Yanvarın 13-də Amerikanın “The Wall Street Journal” qəzeti yaraqlıların “HƏMAS”-ın kollektiv rəhbərliyini tanımaqdan imtina etdiyini və Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvara tabe olaraq “muxtar hərəkət etdiyini” yazıb.
Almaz Həsənli