Çin TikTok-u İlon Maska sata bilər
Çin rəsmiləri TikTok-un ABŞ əməliyyatlarına nəzarəti amerikalı iş adamı İlon Maska satmağı düşünür. Bu barədə Amerikanın “Bloomberg” xəbər agentliyi məlumat yayıb.
Bəzi mənbələrə istinadən jurnalistlər yazır ki, Çin üçün prioritet ssenari TikTok-un ana Çin şirkəti “ByteDance”-in mülkiyyətində qalmasıdır. Bu arada, platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri Mask ilə variant da daxil olmaqla müxtəlif fəaliyyət planlarını müzakirə etməyə başlayıblar.
“ByteDance” yanvarın 19-dək TikTok-u satmalı və ya ABŞ-dakı fəaliyyətini dayandırmalıdır. Müvafiq qanunu keçən il ABŞ prezidenti Co Bayden imzalayıb. Eyni zamanda, yeni seçilmiş dövlət başçısı Donald Tramp Ali Məhkəməni video xidmətin qadağan edilməsini təxirə salmağa çağırıb.
Almaz Həsənli