Qrenlandiya ABŞ-la əməkdaşlığa can atır, lakin öz şərtləri ilə

Qrenlandiya ABŞ-la əməkdaşlığa can atır, lakin öz şərtləri ilə

14 Yanvar 15:20
Bəyəndim (1) Bəyənmədim (0)

Qrenlandiya öz şərtləri ilə də olsa, ABŞ-la əlaqələri gücləndirməyə çalışır. Xüsusilə, bu, müdafiə və mədən sənayesinə aiddir.

Bunu Qrenlandiyanın baş naziri Mute Egede deyib.
Onun sözlərinə görə, hökumət ABŞ-la əməkdaşlıq yollarını axtarır və Trampın yeni administrasiyası ilə dialoqa başlamağa hazırdır. Lakin Egede vurğulayıb ki, bundan sonra necə davam edəcəyinə dair qərar Qrenlandiya hökuməti tərəfindən veriləcək. Xüsusilə, bazar ertəsi Nuukda keçirilən mətbuat konfransında ona ABŞ-ın adada hərbi potensialının genişləndirilməsi ilə bağlı sual verilib. Suala cavabında Qrenlandiya hökumətinin başçısı deyib: “Qrenlandiyanın müstəqilliyi Qrenlandiyanın, o cümlədən torpaqlarının istifadəsi məsələsidir. Ona görə də bizim hansı razılaşmaya gəlməyimizə qərar verən Qrenlandiya hökuməti olacaq”.

Oxuməni.az