İran bir neçə həftə ərzində nüvə bombası yarada bilər
İran bir-iki həftə ərzində nüvə silahı yaratmaq üçün kifayət qədər radioaktiv material istehsal etməyə qadirdir. Bunu Atlantik Şurada çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
“İran indi elə bir vəziyyətdədir ki, bir və ya iki həftə ərzində nüvə silahı yaratmaq üçün kifayət qədər parçalanan material istehsal edə bilər",-deyə o bəyan edib.
Eyni zamanda, Blinken hazırda İranın nüvə silahına malik olmadığını vurğulayıb. ABŞ Dövlət Departamentinin rəhbəri deyib: "Bu, məsələnin fərqli bir hissəsidir, lakin aydındır ki, İran nüvə silahı əldə etməsi qısa zamanda baş verə bilər və bu, daha təhlükəlidir".
Oxuməni.az
Digər xəbərlər