Rusiya Milli Qvardiyasının general-mayoru Bakıdakı Dağıstan nümayəndəliyinə rəhbərlik edəcək
Dağıstanın rəhbəri Sergey Məlikov öz sərəncamı ilə Abdullayev Əliyar Tanrıverdi oğlunu respublikanın Bakıdakı nümayəndəsi təyin edib. Bu barədə Dağıstan rəhbərinin mətbuat xidməti Telegram kanalı vasitəsilə məlumat yayıb.
Reqion rəhbərinin mətbuat xidməti xəbər verir ki, Dağıstanın Azərbaycanın paytaxtında keçmiş nümayəndəsi Marat Əsgəndərov öz istəyi ilə vəzifəsini tərk edib.
Abdullayev general-mayor rütbəsinə malikdir və əvvəllər Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu qeyd edilir.
Almaz Həsənli
Digər xəbərlər