Venik düzəlişi Mərkəzi Asiya ilə münasibətlərdə soyuq müharibə dövrünün yadigarıdır
Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyası ABŞ-ın Mərkəzi Asiya respublikaları ilə münasibətlərdə Cekson-Venik düzəlişini saxlamasını soyuq müharibənin yadigarı hesab edir. Bunu Trampın ABŞ-ın dövlət katibi vəzifəsinə irəli sürdüyü Marko Rubio deyib.
Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ-da qəbul edilib. Sənəd ikitərəfli ticarətin normallaşdırılmasını yəhudilərin Sovet İttifaqından köçməsi problemi ilə əlaqələndirib.
O, Senatın Xarici Əlaqələr Komitəsində danışarkən sözügedən düzəlişlə bağlı deyib: "Baxın, bu, keçmiş dövrün yadigarıdır. İnsan hüquqları sahəsində güzəştlər əldə etmək və ya onları Mərkəzi Asiya ölkələrini Rusiya ilə deyil, bizimlə daha qətiyyətli hərəkət etməyə məcbur etmək üçün düzəlişi təzyiq vasitəsi kimi saxlamaqda israr edənlər var. Ancaq mən hesab edirəm ki, bəzi hallarda bu, keçmişin absurd yadigarıdır".
Oxuməni.az