Yaponiya Cənubi Koreyanın mühüm tərəfdaşı olaraq qalır

Yaponiya Cənubi Koreyanın mühüm tərəfdaşı olaraq qalır

16:19
Bəyəndim (1) Bəyənmədim (0)

Yaponiya hökuməti indiki prezident Yoon Seok-Yeolun həbs edilməsi və Cənubi Koreyadakı vəziyyəti şərh etmək niyyətində deyil. İstənilən halda Yaponiya Seul ilə tərəfdaşlığı qoruyub saxlamaq niyyətindədir. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.

"Biz digər ölkələrdəki daxili siyasi vəziyyəti şərh etməkdən çəkinirik, lakin Yaponiya üçün Koreya Respublikası vacib qonşudur. Yaponiya hökuməti Koreya Respublikasındakı vəziyyəti diqqətlə izləyir", - deyə o bəyan edib.

"Mövcud strateji şəraitdə Yaponiya və Koreya Respublikası arasında əlaqələrin əhəmiyyəti dəyişməz olaraq qalır", - Hayaşi deyib.

Onun sözlərinə görə, Tokio KXDR ətrafında vəziyyətlə bağlı Seulla, o cümlədən Vaşinqtonun iştirakı ilə üçtərəfli formatda əməkdaşlığı zəruri hesab edir.

Oxuməni.az