İsveç Rusiya ilə müharibəyə hazırlaşır

İsveç Rusiya ilə müharibəyə hazırlaşır

16:17
Bəyəndim (1) Bəyənmədim (0)

NATO-nun ən yeni üzvü olan İsveç potensial müharibəyə hazırlaşır. Bunula bağlı "National Interest” nəşri yazır ki, İsveç ordusu Rusiya ilə mümkün hərbi əməliyyatlara hazırlaşmaq üçün 44 yeni Alman Leopard 2A8 tankı alıb, həmçinin müxtəlif zirehli texnikaların mövcud modellərinin modernləşdirilməsini davam etdirir.

Son vaxtlar Qərbdə alyansla Rusiya arasında birbaşa silahlı münaqişə ilə bağlı fikirlər getdikcə daha çox səslənir. Kreml qeyd edib ki, Rusiya təhlükə yaratmır, heç kimə hədə-qorxu gəlmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də göz yummayacaq. Bundan əlavə, son illərdə Rusiya NATO-nun qərb sərhədlərində görünməmiş fəaliyyətini qeyd edib. Alyans təşəbbüsləri genişləndirir və bunu “Rusiya təcavüzünün qarşısının alınması” adlandırır. Moskva dəfələrlə Avropada müttəfiq qüvvələrin yaradılmasından narahatlığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya NATO ilə bərabər əsasda dialoqa açıqdır, Qərb isə qitənin hərbiləşdirilməsi istiqamətində kursundan əl çəkməlidir.

Əziz Mustafa, Oxuməni.az