Ərdoğan İsrailin Qəzza razılaşmalarını pozmasının qarşısını almağa çağırıb

Ərdoğan İsrailin Qəzza razılaşmalarını pozmasının qarşısını almağa çağırıb

17 Yanvar 10:37
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəslə bağlı əldə olunan razılaşmalardan məmnunluğunu ifadə edib. İndi yəhudi dövlətinin bu razılaşmaları pozmasının qarşısını almaq vacibdir, o, Ankarada monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsux ilə danışıqların yekununda bildirib.

"İndi qarşımızda İsrailin Qəzzada törətdiyi geniş miqyaslı dağıntıların aradan qaldırılması və bölgəyə humanitar yardımın çatdırılması kimi çox vacib işlərimiz var. İsrail hökumətinin əldə edilmiş razılaşmaları pozmasının və atəşkəsdən sui-istifadə etməsinin qarşısını almaq vacibdir",- Ərdoğan qeyd edib.

Çıxışı "TRT Haber" telekanalı tərəfindən yayımlanan Türkiyə liderinin sözlərinə görə, Qəzza sakinləri İsrailin təcavüzü nəticəsində əksəriyyəti qadın və uşaqların 50 mindən çox insanın ölümünə baxmayaraq, "zalıma boyun əymədilər." "Biz indi atəşkəsə əməl olunmasını və Qəzzədəki yaraların sağalmasını təmin etmək üçün daha çox iş görməliyik. Beynəlxalq ictimaiyyət Qəzza xalqı qarşısındakı hüquqi və mənəvi borcunu yerinə yetirməlidir", - o deyib.

Oxuməni.az