Putin mühüm beynəlxalq telefon danışığı keçirəcək
Rusiya prezidenti Vladimir Putin yanvarın 23-də mühüm beynəlxalq telefon danışığı keçirəcək. “TASS” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz prezidentlə beynəlxalq telefon danışığını gözləyirik", - Kreml sözçüsü bildirib.
Putinlə ABŞ prezidenti Donald Tramp arasında gözlənilən telefon danışıqları ilə bağlı xəbərlər fonunda Peskov qeyd edib ki, elan etdiyi söhbət bu mövzuya aid deyil. Eyni zamanda, o, qarşıdan gələn telefon zənginın “bizim üçün heç də az əhəmiyyət kəsb etmədiyini” vurğuladı.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-dan müvafiq siqnallar gözləyərək Trampla təmas üçün daxili hazırlıq görür.
Almaz Həsənli
Digər xəbərlər