Putin Rusiyanın Ukrayna ilə danışıqlarda nəyə nail olacağını açıqladı

Putin Rusiyanın Ukrayna ilə danışıqlarda nəyə nail olacağını açıqladı

29 Yanvar 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib ki, Ukrayna ilə potensial sülh danışıqlarında Moskva ölkənin maraqlarına uyğun olanı axtaracaq və təhlükəsizliyini təmin edəcək.

Onun sözlərinə görə, bu, həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizliyini “ciddi, uzunmüddətli və tarixi perspektiv üçün” təmin etməli olan “çox ciddi məsələdir”.

“Təbii ki, biz özümüzə uyğun gələn, maraqlarımıza uyğun gələn şeyə çalışacağıq”, - Putin bildirib.

Yanvarın 24-də verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırdır, lakin bəzi məsələlərə xüsusi diqqət yetirilməlidir. O, həmçinin qeyd edib ki, Ukraynada danışıqlara qoyulan qadağa aradan qaldırılana qədər ciddi bir şey haqqında danışmaq olduqca çətindir – indiki vəziyyətdə yalnız “bəzi ilkin konturlar” hazırlana bilər.

Ötən ilin iyununda Putin bəyan etmişdi ki, Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq üçün Ukrayna öz qoşunlarını DXR, LXR, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən çıxarmalıdır. Rusiya lideri vurğulayıb ki, Ukrayna tərəfi bu şərtlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq. Bundan əlavə, Kiyev NATO-ya üzv olmaq planlarından imtina etdiyini rəsmən elan etməlidir.

Əziz Mustafa, Oxuməni.az