
Aİ Moldovaya 40 milyon avro dəyərində qeyri-öldürücü hərbi texnika verməyə hazırlaşır
Avropa İttifaqı Moldovaya 40 milyon avro dəyərində qeyri-öldürücü hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır. Moldova KİV-lərinin məlumatına görə, bu qərar martın 18-də Aİ səfirlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.
Razılaşma oxşar sovet texnikasını əvəz edəcək və üç piyada briqadası üçün daha yaxşı hərəkətliliyi təmin edəcək 33 “yüksək mobil taktiki maşın”a aiddir.
İclas iştirakçıları razılaşıblar ki, Kişinyova 20 milyon avro dəyərində əlavə zenit batareyaları (səkkiz raket buraxılış qurğusundan ibarət qısa mənzilli hava hücumundan müdafiə sistemləri) ilə təmin olunub-olunmaması barədə sonradan qərar verəcəklər.
Avropa İttifaqının səfirləri yardımı Avropa Şurasının prezidenti Antonio Kosta Kişinyova səfəri zamanı 60 milyon avroluq hərbi yardım paketini elan etdikdən iki həftə sonra təsdiqləyib.
Əziz Mustafa, Oxuməni.az