
ABŞ "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılmasına davam edəcək
ABŞ prezidenti Donald Tramp Amerikada İsrailin Dəmir Qübbəsinə bənzər sistemin yaradılmasını ölkənin əsas təhlükəsizlik prioritetlərindən biri hesab edir. CNN mənbələrə istinadən xəbər verir ki, cənab Tramp Müdafiə Nazirliyinin büdcəsində mümkün azalmalara baxmayaraq, “Qızıl Qübbə” yaratmaq niyyətindədir.
Telekanal iddia edir ki, ABŞ prezidenti məmurlara sistemin yaradılması xərclərini 2026-2030-cu illər üçün büdcəyə daxil etməyi tapşırıb. Eyni zamanda, Ağ Evin sistemin necə görünəcəyi və işləyəcəyi ilə bağlı konkret layihəsi yoxdur. Amerika administrasiyasındakı mənbə nəşrə "Hazırda "Qızıl Qübbə" sadəcə bir fikirdir" dedi.
Məlumata görə, belə qeyri-müəyyənlik inkişaf büdcəsinin həcmini təxmin etməyi “faktiki olaraq qeyri-mümkün edir”. Mənbə həmçinin iddia edir ki, ABŞ İsrail təcrübəsini effektiv surətdə kopyalaya bilməyəcək. Bu, ölkələrin böyüklüyü və logistikadakı çətinliklərlə bağlıdır.
Prezident kimi inauqurasiyasından sonra ilk həftədə Donald Tramp ABŞ-ı qorumaq üçün raketdən müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Bloomberg, belə bir sistemin tətbiqinin 2030-cu ilə qədər hər il təxminən 100 milyard dollara başa gələcəyini bildirdi.
Əziz Mustafa, Oxuməni.az