
ABŞ-da Maskın nəzarətində olan departamentin araşdırmasından sonra 7 milyon sakinin öldüyü elan edildi
ABŞ Sosial Təhlükəsizlik İdarəsi son üç həftədə yaşı 120-dən yuxarı olan 7 milyondan çox amerikalının öldüyünü elan edib. Bu barədə sahibkar İlon Maskın nəzarətində olan ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.
"ABŞ Sosial Təminat İdarəsi öz qeydlərini kütləvi şəkildə sildi. Yaşı 120-dən yuxarı olan 7 milyona yaxın [Sosial Təminat] nömrə sahibi indi ölülər siyahısındadır. Hələ də təxminən 5 milyon nəfər qalıb", - DOGE-nin X sosial media səhifəsindəki mesajda deyilir.
Fevralın sonunda İlon Mask ABŞ-ın sosial təminat sistemini tənqid edərək, bunu “tarixin ən böyük saxtakarlığı” adlandırıb. O, sosial yardım alanların sayının Birləşmiş Ştatlar əhalisinin sayından çox olduğunu göstərən və 369 yaşlı gənclərin də bu syahıda yer almasını əhatə edən məlumat bazasını nəşr etdi. Mask zarafat edib ki, ödənişləri alanlar “vampirlərdir”.
Almaz Həsənli